““Facebook” əleyhinə kampaniya bizi narahat etmir” - Mark Zukerberq

facebook-eleyhine-kampaniya-bizi-narahat-etmir
Oxunma sayı: 1551

Son günlərdə gündəmdə olan “Cambridge Analytica” və “Facebook” böhranı #deletefacebook kampaniyasına səbəb olub və bu kampaniya sosial mediada bir çox məşhur şirkətin rəsmi səhifəsini silməsinə gətirib çıxarıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu kampaniyaya ən böyük dəstək “WhatsApp”ın qurucu ortaqlarından gəlmişdi.

Yaşanan böyük böhran nəticəsində meydana çıxan kampaniyanın çox insan tərəfindən dəstəklənməsi gözlənilir.

Məsələ ilə bağlı danışan Mark Zukerberq bu kampaniyanın yaxşı bir addım olmadığını, lakin bu günə qədər onları narahat etmədiyini bildirib:

“Açıq-aşkar görünür ki, bu hal insanlar üçün böyük təhlükəsizlik problemidir və bunu başa düşürəm. İnsanların tətbiqi silmək cəhdləri və ya “Facebook”u işlədərkən özlərini yaxşı hiss etməmələri böyük problemdir. Bunu düzəltmək bizim əsas öhdəliyimizdir”.