FETÖ-çünün məhkəməsi keçirildi

feto-cunun-mehkemesi-kecirildi
Oxunma sayı: 835

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "FETÖ"çü olmaqda ittiham edilərək Türkiyədə axtarışa verilən Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısının vəsatəti əsasında M.Ceylanın həbs müddəti bitdiyi üçün yenidən uzadılıb. 

Eyni zamanda, müdafiə tərəfinin BMT-yə və Azərbaycan Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilməsi barədə vəsatət təmin edilib. BMT-nin Azərbaycan nümayəndəliyi M.Ceylanın hüquqlarının müdafiəsi üçün Elvin Səlimovu ona vəkil təyin edib. 

Proses aprelin 30-da davam etdiriləcək. 

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan ölkəsinin məhkəmə orqanları tərəfindən Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək  axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib. 

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd