Göyçə erməniləri ciddi aclıq təhlükəsi ilə üz-üzə- - Video

goyce-ermenileri-ciddi-acliq-tehlukesi-ile-uz-uze-
Oxunma sayı: 1646


“Qafqazinfo” “ans press”ə istinadən xəbər verir ki, Sevan şəhər sakini Armine Melkonyan bildirib ki, dolu meyvə ağaclarını, kartof kollarını, tərəvəzləri yerlə bir edib.

Melkonyan bildirib ki, bölgənin erməni əhalisi ciddi aclıq təhlükəsi ilə üz-üzə qalıb, çünki təbii fəlakət onların son ümidini əlindən alıb. 

Qadının sözlərinə görə, dolu 10 dəqiqə davam edib. Eyni gündə Ermənistanın Şirak və Lori vilayətlərinə də dolu yağıb. Həmin vilayətlərdə dolu əkinlərə və əhalinin əmlakına ciddi zərər vurub.