Güclü külək Qusarda məktəbin damını uçurdu - Video + Fotolar

guclu-kulek-qusarda-mektebin-damini-ucurdu
Oxunma sayı: 3781

Azərbaycanın şimal rayonlarında başlayan güclü külək bir sıra fəsadlar yaradıb.

“Qafqazinfo” xəbər verir ki, Qusar rayonunda 2 saylı tam orta məktəbin damı uçub. İcra başçısı Şair Alxasov dərhal hadisə yerinə gedib.

Bundan əlavə, sözügedən rayonda qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar-Xudat yolu bağlanıb, hal-hazırda hadisə yerində texnika işləyir. 

Şəhərin mərkəzində yol kənarında duran "Nissan Teana" markalı avtomobil də güclü külək nəticəsində zərər çəkib. Belə ki, avtomobilin üstünə ağac aşıb. 

Emin Kərimov