Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

gurcustan-azerbaycana-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 4228

Zurab Pataradze Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili müvafiq fərman imzalayıb.

Fərmanda deyilir: “Gürcüstanın “Diplomatik Xidmət Haqqında” qanununun 5-ci bəndinin 6-cı maddəsinə əsasən, Zurab Pataradze 2018-ci il 29 avqust tarixindən Gürcüstanın Azəbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin”.