Gürcüstanda seçici fəallığı açıqlandı - Səsvermə bitdi+Yenilənib

Gürcüstanda seçici fəallığı açıqlandı
Oxunma sayı: 668

Gürcüstanda keçirilən yerli icra orqanları və növbədənkənar icra başçısı seçkilərində seçicilərin saat 17:00-a olan fəallığı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası məlumatları öz saytında dərc edib. Nəticələrə əsasən, ən çox seçici fəallığı 67,8% səslə Saqaredco, ən az 26,6% səslə Tbilisidədir.

Marneulidə isə seçici fəallığı 27,2%-dir.

***

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə bitib. Artıq saat 20:00-dan etibarən seçki məntəqələri bağlanıb və komissiya səslərin hesablanmasına başlayıb.

Qeyd edək ki, Saqaredco, Axmeta, Adiqeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafonu rayonlarında yerli idarəetmə orqanlarına, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarında isə mer seçkiləri keçirilir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi