İki minik avtomobili toqquşdu, yaralılar var - Adlar+Yenilənib

iki-minik-avtomobili-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1674

İsmayıllıda iki minik avtomobili toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllının Basqal kəndi ərazisindən keçən hissəsində baş verib. İki minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların kimliyi bəlli olub.

Bunlar Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Nərgiz Bilalova, 1956-cı il təvəllüdlü Fətəliyeva Gülcamal Teymur qızı, Mingəçevir şəhər sakini 1988-ci il təvəllüdlü Hacıyeva Əminə Zakir qızı, Şəki şəhər sakini  1987-ci il təvəllüdlü Məmmədov Ceyhun Polad oğludur. 

Digər yaralının hələlik adı məlum deyil.

Rəşad Türkoğlu