“İnanıram ki, sevdiyimi tapacam…” - Fotolar

inaniram-ki-sevdiyimi-tapacam
Oxunma sayı: 3685

“Həyatda heç nə asan başa gəlmir. İfaçısansa, səhnədəsənsə, sevgi etirafları həmişə olur. Bu da insana xoş təsir edir. Mən də insanam, xanımam, ürəyim var”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Sənətsevər +” proqramına qonaq olarkən deyib. Sənəti efirdə hazırda sevgilisinin olmadığını söyləyib:

“Desəm ki, sevgi yaşayıram, yalan olar. İnanıram ki, mən nə vaxtsa  sevdiyimi tapacam və xoşbəxt olacam. Bu günə kimi ancaq iş düşünürdüm. Artıq şəxsi həyatı fikirləşirəm. Özümü ana kimi də təsəvvür edirəm. Məndən çox gözəl ana olacaq”.