İnternatda yanğın oldu

internatda-yangin-oldu
Oxunma sayı: 644

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı internat məktəbinin ümumi sahəsi 1450 kv.m olan ikimərtəbəli tədris korpusunun 1-ci mərtəbəsində dəhlizin və 2 otağın, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları ümumilikdə 650 kv.m sahədə yanıb.

Tədris korpusunun qalan hissəsi və yaxınlıqda olan ikimərtəbəli yataq korpusu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.