İran-İraq sərhədində güclü zəlzələ - 255 yaralı+ Yenilənib

iran-iraq-serhedinde-guclu-zelzele
Oxunma sayı: 3635

İran-İraq sərhədində 6.3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların ocağı yerin 10 km dərinliyində yerləşib.

Qeyd olunur ki, zəlzələ İran və İraqla bilrikdə Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt də daxil olmaqla 6 ölkədə hiss olunub.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar haqda hələ ki, məlumat yoxdur.

***

“Press TV”nin məlumatına görə, zəlzələ nəticəsində azı 70 İran sakini xəsarət alıb.

***

İranın Kirmanşah vilayətində yaralı şəxslərin sayı 114 nəfərə yüksəlib.

***

“Tasnim” agentliyi xəbər verir ki, Kirmanşah vilayətinin valisi Huşəng Bazvəndin sözlərinə görə, zəlzələ nəticəsində 210 nəfər xəsarət alıb.

O, indiyə qədər ölənlər barədə məlumatın olmadığını, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini söyləyib.

***

İraqın Süleymaniyə vilayətində isə bir nəfər zəlzələ zamanı qorxudan özünü hündür binadan ataraq dünyasını dəyişib, 45 nəfər yaralanıb.