İraq Səudiyyə ilə sərhəddə əməliyyata başlayıb

iraq-seudiyye-ile-serhedde-emeliyyata-baslayib
Oxunma sayı: 1304

İraq Ənbar əyalətində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusunun baş komandiri general-mayor Mahmud əl-Falyahi bildirib ki, hərbçilər Səudiyyə Ərəbistanı ilə sərhəddəki səhralıq rayonları terrorçulardan təmizləməyi hədəfləyiblər. 

Əməliyyat ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə aparılır. 

Xatırladaq ki, ötən ilin dekabrın sonlarında İraq ordusu Ənbar əyalətinin rayonlarını İŞİD-dən azad etdmişdi.