Keçmiş məhkumlar cinayət törətdi

kecmis-mehkumlar-cinayet-toretdi
Oxunma sayı: 643

Fevralın 4-ü saat 05:30 radələrində M.Qardaşları küçəsində yerləşən gecə klubunda naməlum şəxs xuliqanlıq zəminində orada mühafizəçi işləyən Saatlı rayon sakini Samir Qasımovun əl nahiyəsindən bıçaq xəsarəti yetirib. DİN BCAİ, Nəsimi RPİ, Səbail RPİ 39-cu PB və Tərtər RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mahmud Rüstəmov, Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Araz Fərəcov, Bakı şəhər sakinləri - Məhəmməd Quliyev və Turan Məmmədli yaxalanıblar. Onların üzərinə baxış keçirilərkən M.Rüstəmovdan 7 qram tiryək, M.Quliyevdən 4 qramdan, T.Məmmədlidən isə 5 qramdan artıq həşiş qətranı aşkar edilib. A.Fərəcova məxsus «Kraysler» markalı avtomobildə olan əl çantasından 22 qramdan artıq həşiş qətranı və 1 ədəd revolver markalı tapança aşkar edilib.

Bakı Şəhər BPİ NMİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Elvin Novruzovdan 8 kiloqramdan artıq həşiş qətranı aşkar edilərək götürülüb.

Yanvarın 31-nə keçən gecə Qala qəsəbəsi ərazisində açıq sahəyə yığılmış Təmir Tikinti ANKZ-4 ASC-yə məxsus 627 metr polad borular oğurlanıb. Bakı Şəhər BPİ CAİ və Xəzər RPİ 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Nicat İsmayılov fevralın 8-də yaxalanıb.