Kıvanç hər ay 1 milyon qazanacaq

kivanc-her-ay-1-milyon-qazanacaq
Oxunma sayı: 2459

Sonuncu dəfə Star TV-də yayımlanan “Cəsur və Gözəl”də rol alan Kıvanç Tatlıtuğ yeni serialda yer alacaq. 

“Qafqazinfo” xəbər verir ki, məşhur akyor 6 ay fasilədən sonra yenidən ekranlara geri qayıdacaq. Kıvanç artıq danışıqlara başlayıb.  Aktyor “Cəsur və Gözəl”i ərsəyə gətirən şirkətlə müqavilə bağlayıb.

Tatlıtuğ budəfə bir bölüm üçün 250 min TL, aylıq 1 milyon TL qonorar alacaq. 

Qeyd edək ki, tanınmış sima sonuncu dəfə Sinem Kobalın da rol aldığı “Gecelerin ötesi” adlı layihəyə çəkilməkdən imtina edib.