Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda “Komsomol dairəsi” kimi tanınan ərazidə hərəkəti tənzimləyən yol nişanı aşıb və bir neçə gün ərazidə təhlükəli vəziyyət yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, Yeni Ramana qəsəbəsi istiqamətindən gələrək dairəyə daxil olan sürücülər, yol nişanı aşdığı üçün dairəyə daxil ola bilmirdilər.

Nəhayət, bu gün aidiyyatı qurumlar yol nişanını bərpa ediblər. Bununla da avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin olunub.


Son xəbərlər
Son Xəbərlər