Kosmosa məxfi peyk buraxıldı

kosmosa-mexfi-peyk-buraxildi
Oxunma sayı: 1840

İlon Maskın sahib olduğu “SpaceX” şirkəti yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə “Zuma” adlı peyki kosmosa buraxıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, keçən ilin noyabrından bir neçə dəfə təxirə salınan start “Falcon 9” daşıyıcı raketi vasitəsi ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı bazasından həyata keçirilib.

Peykin təyinatı barədə heç nə bildirilmir: kompaniyanın rəhbərliyi və Pentaqon jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Yalnız onu öyrənmək mümkün olub ki, kosmik aparat ABŞ hökumətinin sifarişi ilə yer orbitinin aşağı qatlarına çıxarılıb. Peykin orbitinin parametrləri və “Zuma” missiyasına aidiyyəti olan qurumun adı məxfi saxlanılır.

Qeyd edək ki, “SpaceX”in əsası kosmik uçuşların xərclərinin azaldılması məqsədilə “PayPal” və CEO “Tesla Motors” kompaniyalarının sabiq sərmayədarı milyarder İlon Mask tərəfindən 2002-ci ildə qoyulub. O, məxfi aparatların fəzaya buraxılmasında azı iki dəfə iştirak edib. Buraya Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi üçün peyk və ABŞ Hərbi Hava Qüvvələri üçün X-37B pilotsuz kosmik təyyarəsi daxildir.