Liderlər görüşdü

liderler-gorusdu
Oxunma sayı: 640

Rəcəb Təyyib Ərdoğan 1 saat yarım çəkən görüşdən sonra verdiyi açıqlamada onun çox məhsuldar keçdiyini deyib. O, görüşdə əsasən Suriya məsələsini müzakirə etdiklərini bildirib. Suriyadakı hadisələri nəzərdən keçirdiklərini vurğulayan Ərdoğan Türkiyənin bu ölkə ilə 1910 kilometrlik sərhəddi olduğunu xatırladıb.

"Hazırda ən mühüm köç mərkəzinə çevrilmiş vəziyyətdəyik. Bu vaxtadək ölkəmizə köç edən suriyalıların sayı 17 mini keçib. Təbii, bir tərəfdən ölüm halları da var. Helikopterlərlə bombalama nəticəsində bu günlərdə ölüm sayı sürətlə artır. Bunu təbii kənardan müşahidə etmək, gözləmək və müdaxilə etməmək mümkün deyil. Bu, bizim vicdan borcumuzdur. Bu məsələdə lazım olanları beynəlxalq hüquq çərçivəsində görməyə çalışırıq və görəcəyik." - Rəcəb Təyyib Ərdoğan belə deyib.

O, görüşdə Suriya məsələsi ilə yanaşı, regionda İran, həmçinin Rusiya və Çinlə bağlı bütün mövzuların da nəzərdən keçirildiyini qeyd edib (anspress).