“Maksimin cəzasız qalmasını istəmirik” - “Kopenhagen” rəsmisi

maksimin-cezasiz-qalmasini-istemirik
Oxunma sayı: 641

“Epizodun təkrarını izlədikdən sonra tam əmin olduq ki, baş hakim “Qarabağ”ın futbolçusuna qırmızı vərəqə göstərməli idi. Bu baş versəydi, matçın nəticəsi başqa cür olardı”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Kopenhagen”in katibi Daniel Rommedal klubun rəsmi saytına açıqlamasında deyib.

Danimarka klubu Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a uduzuduqları oyunda kapitanımız Maksim Medvedyevin 20-ci dəqiqədə top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurduğunu iddia edir. Bununla bağlı UEFA-ya şikayət məktubu göndərən “Kopenhagen” Maksimin həmin epizodda qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu hesab edir: "Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".

Xatırladaq ki, həmin oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçını avqustun 23-də Kopenhagendə keçirəcək.