Mançester derbisini MS qazandı - Video

mancester-derbisini-ms-qazandi
Oxunma sayı: 1823

İngiltərə Premyer Liqasında 31-ci turdan təxirə salınan daha bir oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted” öz meydanında “Mançester Siti”ni qəbul edib.

İki qolun vurulduğu matçda qonaqlar qalib gəlib.

Bu qələbə ilə xalını 89-a çatdıran “MS” yenidən liderliyi ələ keçirib. Son 4 oyunda 3-cü dəfə məğlub olan “MY” isə 64 xalla 6-cı pillədə qalıb.

“Mançester Yunayted” - “Mançester Siti” - 0:2

Qol: Bernardo Silva, 54. Sane, 66.