Maşın qazılmış xəndəyə düşdü

masin-qazilmis-xendeye-dusdu
Oxunma sayı: 785

Ötən gün axşam saat 22:00 radələrində Şəkidə yol qəzası baş verib.

“Qafqazinfo” ARB-yə istinadən  xəbər verir ki, hadisə zamanı Abdulkərimov Rəşad Namik oğlu idarə etdiyi 01-BU-826 dövlət nömrə nişanlı Volkswagen markalı avtomobillə M.F.Axundov prospekti ilə hərəkətdə olarkən qəfildən yolda qazılmış xəndəyə düşüb.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Şəki ŞRPŞ- də araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Qeyd edək qazıntı aparılmış ərazidə heç bir xəbərdarlıq nişanı olmayıb. Qəzanında bu səbəbdən baş verdiyi ehtimal edilir.