Mayordan 4 kq narkotika çıxdı

mayordan-4-kq-narkotika-cixdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, narkotik vasitə Qazax Rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Mirzəyev Rafayel Kamandar oğlundan və onunla birlikdə olan Astara rayonunun Sərək kənd sakini Abdullayev Vahid İzzət oğlundan götürülüb.

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində onlardan 4 kiloqram 125 qram həşiş qətranı götürülüb.

Toplanmış materiallar aidiyyatı üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.