Məktəbli formasının qiyməti azaldı

mektebli-formasinin-qiymeti-azaldi
Oxunma sayı: 982

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Movqe.az-a eksklüziv olaraq Satış şöbəsinin rəisi Etibar Əzimov verib. E. Əzimov bildirib ki, əvvəl 1-ci sinifdən 6-cı sinifədək məktəbli forması dəstinin qiyməti 45 manat idisə, artıq qiymət ucuzlaşaraq 40 manata endirilib. 7-11-ci siniflər üçün məktəbli formasının qiyməti isə 38 ölçüdən 55 ölçüyədək əvvəl 53-55 manat təşkil edirdi. Son qiymət endirimindən sonra isə 7-11-ci sinif şagirdləri üçün bütün ölçülərdə məktəbli formasının qiyməti hazırda 53 manat təşkil edir. Qeyd edək ki, məktəbli forması dəstinə köynək, jilet, pencək şalvar və ya ətək daxildir.

Qeyd edək ki, yeni qiymətlər iyun ayından tətbiq ediləcək.