“Mən kiməm ki, İlhaməni narahat edim?” - - Qalmaqal

men-kimem-ki-ilhameni-narahat-edim-
Oxunma sayı: 3097


“Mən dediklərimi xahiş edirəm necə deyirəmsə elə də yazın, montaj etməyin. Mən İlhamə xanımın sənətini də, özünü də uşaqlıqdan sevmişəm. Həmişə də böyük-kiçik yeri bilən olmuşam. Kimsə mənə haqsızlıqda edəndə mən böyüklərin üzünə ağ olmamışam. Anamız bizə belə tərbiyə verib. Anamız bizə deyib ki, mən qonşudan söz-söhbət olsa küssəm belə, siz hər zaman ona salam verin. Böyük işinə qarışmayın. Qaldı ki, İlhamə xanımın sənətini də, özünü də təmmənasız sevmişəm. "Ağ çiçəyim” mahnısını da təmmənasız olaraq ona hədiyyə etmişəm. Ayın 19-da mənim "Uğura doğru” layihəm prezidentimizə dəstək olaraq həyata keçirim. Günü-gündən inkişaf edən Azərbaycanımızı görürəm və məntiqlə, heç bir siyasətə söykənmədən bu layihəmi həyata keçirəcəm. Mən bu layihəni ada görə yox, qazanca görə etmirəm. Özüm Arif Məlikovun tələbəsiyəm. İlhamə Quliyeva "Şərəf” ordenli sənətkarımız olduğu üçün bildirdim ki, İlhamə xanım gəlsədə-gəlməsədə, oxusada-oxumasada qonaq kimi dəvət edirəm. Bütün ifaçıları ora qonaq kimi dəvət etmişəm. Səsə səs verək, sevinci paylaşaq. Sevinci paylaşdıqca çoxalar, kədəri paylaşdıqca azalar. Bu bizim sevincimizdir. Bu hər birimizin uğurudur. Biz öz uğurumuzun memarıyıq. Bu layihə üçün anonslar yığılanda bildirdim ki, bu layihədə bir çox sənətkarımız olacaq, başda da İlhamə Quliyeva ...

Elza Seyidcahan İlhamə Quliyeva ilə bu layihə haqqında danışdığını deyib: "İlhamə xanımla mən telefonda danışmışdım. O, mənə bildirmişdi ki, klip çəkilişi və başqa işləri var. Gec də olsa özünü gəlib, çatdıracaq. Mən də dedim ki, lap 1-də də gələ bilərsiz. Sizin adınız bizə elə bəsdir. Prezidentin adnı burda çəkdiyim və yaşda balaca olduğum üçün "Şərəf” ordenli sənətkarımız məndən öndə olmalıdır. Mən yalan danışmamışam. Hətta zəng edəndə İlhamə xanımdan xahiş etmişəm ki, gələndə xallı paltarını geyinsin. Mən yenə də İlhamə xanımı sevirəm. Tam təmmənasız. Ümumiyyətlə mən insanları təmmənasız sevirəm. Var elə insanlar ki, kiminsə üzünə gülürlər arxasınca olmazın danışırlar. Amma İlhamə xanım kimi sənətkarın arxasınca nə danışmaq olar?! O, söznü demiş sənətkarımızdır. Mən onu böyük saymışam. Onun adından nə istifadə edib bilet satmışam, nə ora İlhamə xanımın adından istifadə edərək kimlərisə dəvət etmirəm. Mən nə karəyəm ki, hökumətin adını hər zaman çəkim. Sadəcə seçki öncəsi olduğu üçün bu layihəni etmək istəyirəm. Elza Seyidcahanın da yəqin 50 min fanatı var. Mən bu layihəmlə məni sevənləri möhtərəm prezidentə dəstək olmağa çağırıram. Qoy İlhamə xanım hər zaman olduğu kimi orda da məndən üstün olsun. İlhamə xanım məndən qat-qat üstündür. Mən kiməm ki, onu narahat edirəm?! Mən kiməm ki, İlhamə xanımla bir səhnəyə çıxıram?! Mən onun fikri ilə razıyam. Əgər bu gündən İlhamə xanım narahat olubsa, onun adını bir daha çəkməyəcəm və onu bir daha narahat etməyəcəm. Allah onun canını sağ etsin! Onu bizə çox görməsin! Mən yenə də onu çox sevirəm. İlhamə xanımın öz istəyi ilə dinləyib, sevdiyi repertuarımdan olan mahnıları ona təmənnasız hədiyyə edəcəm. Mən heç zaman insanlardan təmənna ummuram. Mən bəzi insanlarkimi şəkildən-şəkilə, haldan-hala düşən insan deyiləm”.

19-u saat 20:00-da "Uğura doğru” layihəmdə bütün sənət dostlarımdan xahiş edirəm ki, xallı paltar geysinlər. Çünki mən uğur sözünün fəlsəfəsini onda görürəm. Heyvanların qorunması, Elzanın yaşıl dünyası, Dəmir qızıl gül, Bir damcı su”, Elza və yeddilər” və s. böyük-böyük layihələrim olub. Uğur böcəyi necə olur. Sənət yoldaşlarım da uğur rəmzi olaraq xallı paltar geysinlər. Bu layimdən sonra isə "Uğur bizimlədir” layihəmi həyata keçirəcəm. O, zaman səhnədə tək olacam. Görürəm ki, bəzi insanlar sevincin paylaşılmasından qorxurlar. Sevinci paylaşanda görürəm bəzi insanlar həyəcanlanır. Mən daha insanları həyəcanlandırmayacam”.