Məsciddə partlayış törədildi

mescidde-partlayis-toredildi
Oxunma sayı: 637

Əfqanıstanın şimal-şərq əyalətinin Kunar şəhərində partlayış baş verib. Məsciddə baş vermiş parlayışda 5 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir. Əyalət rəhbəri Fəzullah Vahidinin sözlərinə görə, ölənlərdən biri polis rəisi, ikisi isə cangüdən olub.

Qeyd edək ki, partlayış din əhlinin ibadət edib məsciddən çıxmasından sonra baş verib. Partlayışın bir nəfər üsyançı tərəfindən törədildiyi bildirilir.

CNN