Misir ordusu 32 terrorçunu zərərsizləşdirib

misir-ordusu-32-terrorcunu-zerersizlesdirib
Oxunma sayı: 754

Misir ordusu Sinay yarımadasında antiterror əməliyyatı keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bir neçə gün davam edən əməliyyatlar nəticəsində 32 ekstremist məhv edilib. Bildirilir ki, ondan çox şəxs terrorçularla əlaqədə şübhəli bilinərək saxlanılıb. O da qeyd edilir ki, Misir ordusu terrorçulara məxsus çox sayda döyüş sursatı, partlayıcı maddələr ələ keçirib.

Qeyd edək ki, Sinay yarımadasında antiterror əməliyyatları fevraldan başlayıb və bu günə qədər 300 ekstremist öldürülüb.

Aysel Kərimova