Müxalifət toplanır

muxalifet-toplanir
Oxunma sayı: 643

Sessiyanın oktyabrın 29-da saat 12-də Müsavat qərargahında keçirilməsi barədə qərar qəbul edilib. Mətbuata təzyiqlərin güclənməsi də müzakirə olunub. “Xural” qəzetinin dərcinin əngəllənməsi, başqa qəzetlərə qarşı məhkəmə proseslərinin intensivləşdirilməsi pislənilib. Mətbuata təzyiqlərlə bağlı dinləmələr keçirilməsi barədə qərar verilib.

KŞ Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının yığıncağının nəhayət ki, keçirilməsini müsbət hadisə kimi dəyərləndirib. İki dövlət arasında viza rejiminin hələ də ləğv olunmamasından və PKK ilə bağlı Azərbaycan hakimiyyətinin qeyri-müəyyən mövqeyindən təəssüfləndiyini bildirib.

Ə.Yusibovun dediyinə görə, KŞ Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Azərbaycanın qlobal problemlərinin yüksək beynəlxalq kürsüdən səsləndirmək və həlli istiqamətində qazandığı şans kimi dəyərləndirib. KŞ bundan sonra hakimiyyətin idarə olunmasında avtoritar üsullardan imtina ediləcəyinə inamını ifadə edib.

KŞ bu həftə İP-in 7 regional şöbəsinin yaradılacağını da müzakirə edib.
KŞ İP adından Naxçıvanla bağlı bəyanat da qəbul edib.

musavat.com