Naqif Həmzəyev seçiciləri qəbul edib

naqif-hemzeyev-secicileri-qebul-edib
Oxunma sayı: 1330

38 saylı Nizami II (Gəncə) seçki dairəsindən deputat Naqif Həmzəyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkilinin köməkçisi Tural Verdiyevin verdiyi məlumata görə, qəbulda 21 vətəndaş iştirak edib.

Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Araşdırılması tələb olunan müraciətlər millət vəkili tərəfindən nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib.

Müraciətlər əsasən gənclərin məşğulluğu, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub.Xüsusən gənclərin məşğulluqla bağlı müraciətləri sahəsində konkret addımlar atılıb, 6 nəfər Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə daimi işlə təmin edilib.