Almaniya ikinci Bundesliqasında 27-ci turun daha bir oyunu keçirilib.
Qafqazinfo xəbər verir ki, Azərbaycan yığma komandasının üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” öz meydanında “Furt”la qarşılaşıb. Qarşılaşma “Erzgebirge”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov start heyətində meydana çıxıb və 84-cü dəqiqəyə qədər meydanda olub.
Xatırladaq ki, 27 turdan sonra Nazarovun komandası 33 xalla 16-cı pillədə qərarlaşıb.