Nazirlik yağıntı ilə bağlı məlumat yaydı

nazirlik-yaginti-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 2281

Mayın 11-i, səhər saat 8-ə olan məlumata əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.  

Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında səhər saat 7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb. 

Ayın 11-də gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.