Nigeriyada silahlılar kəndə hücum edib - 35 ölü

nigeriyada-silahlilar-kende-hucum-edib
Oxunma sayı: 879

Nigeriyanın cənub-şərqindəki Benue ştatında qanlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Post Nigeria” məlumat yayıb.

Məlumata əsasən, silahlıların kəndə hücumu nəticəsində azı 35 nəfər həlak olub. Onların arasında katolik kilsəsinin 2 keşişi və ziyarətçiləri var.

Bundan əlavə silahlılar kənddə bir neçə evi də yandırıblar.