Nyu-Yorkda avtomobil "Trump Plaza"nın foyesinə girdi - Video

nyu-yorkda-avtomobil-trump-plazanin-foyesine-girdi
Oxunma sayı: 934

ABŞ-ın Nyu-York ştatının Nyu-Roşell şəhərində minik avtomobili 40 mərtəbəli "Trump Plaza" otelinin foyesinə girib.

“Qafqazinfo”nun “PM Breaking News”a istinadən məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.

Hüquq mühafizə orqanları əməkdaşları insidentin təfərrüatlarını araşdırır.