Obama İrana xəbərdarlıq etdi

obama-irana-xeberdarliq-etdi
Oxunma sayı: 644

Bunu ABŞ prezidenti Barak Obama Konqesdə "Ölkədə vəziyyətlə bağlı" adlı ənənəvi müraciətində deyib.

"Bizim vətəndaşlarımız, dostlarımız və maraqlarımız üçün təhlükə törədənlərə qarşı duraraq Amerikanın təhlükəsizliyini qoruyacağıq. İrana nəzər yetirin. Siyasətimiz sayəsində bir vaxtlar İranın nüvə proqramının öhdəsindən gəlməkdə fikir ayrılığı yaşayan dünya ictimaiyyəti indi bir vahid qüvvədir. İran rejimi əvvəlkindən daha çox təcrid olunub. Onun liderləri artmaqda olan sanksiyalarla üzləşib, onlar öz öhdəliklərini yerinə yetirməyincə bu təzyiq azaldılmayacaq. Şübhə olmasın ki, Amerika İranın nüvə silahı yaratmasının qarşısını almaqda qərarlıdır və bu məqsədə çatmaq üçün heç bir tədbiri gündəmdən götürməyəcək" - deyə, ABŞ prezidenti bildirib.

Barak Obama həmçinin qeyd edib ki, məsələnin dinc yolla həlli hələ də mümkündür.

ABŞ prezidenti iğtişaşlarda 6000-ə yaxın adamın öldürüldüyü Suriya ilə bağlı da bəyanat verib. Obama Suriya prezidentinin aqibətinin də keçmiş Liviya liderinin aqibəti ilə eyni olacağını bildirib. "Bir il əvvəl Qəddafi dünyanın ən çox hakimiyyətdə olan diktatoru idi, indi o yoxdur. Suriyada da, şübhəm yoxdur ki, Bəşər Əsəd rejimi tezliklə dəyişikliklər qüvvəsinin qarşısıalınmaz və insanın aliliyinin inkaredilməz olduğunu dərk edəcək" - Barak Obama belə deyib.

anspress