“Olimpik Star”da oğurluq edənlər saxlanılıb

olimpik-starda-ogurluq-edenler-saxlanilib
Oxunma sayı: 2571

Bakıda yerləşən məşhur “Olimpik Star” idman kompleksində oğurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xıbırə görə, sentyabrın 26-da kompleksin trenajor zalının dəyişmə otağına daxil olan şəxslər oradakı paltarların cibindən ümumilikdə 1000 manat oğurlayıblar.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər – Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Adil İsmayılov və İlkin Çobanov saxlanılıb.

Araşdırma aparılır.

Murad Əhməd