Hesablama Palatası Naxçıvanın da büdcəsinə rəy verəcək

hesablama-palatasi-naxcivanin-da-budcesine-rey-verecek
Oxunma sayı: 243

Hesablama Palatası Naxçıvan MR-in də büdcəsinə rəy verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Hesablama Palatası icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcənin, o cümlədən dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və “Büdcə sistemi haqqında” Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək.

Nuranə Daxilqızı