“Oxumaq lazımdır ki, imtahan verə biləsən” - Deputat

“Oxumaq lazımdır ki, imtahan verə biləsən”
Oxunma sayı: 1583

Deputat Qüdrət Həsənquliyev vəkillik fəaliyyəti üçün tələb olunan 60 balın 50 bala endirilməsi təklifini irəli sürüb. 

“Qafqazinfo” xəbər verir ki, o parlamentdə çıxışında deyib ki, bu məsələdə xeyli problemlər var: “Bu yaxınlarda imtahan da keçirildi. Çox adam  imtahandan keçə bilmədi. Ona görə “Vəkillər və vəkillik fəaliyyət haqqında” yeni qanun qəbul olunmalıdır. Həmçinin biz aidiyyatı qurumlar qarşısında vəkillik fəaliyyəti üçün tələb imtahan balının  60 –dan 50-yə endirilməsi məsələsini qaldıraq”.

Birinci vitse-spiker Ziyafət Əsgərov da deputatın çıxışına münasibət bildirib. O qeyd edib ki, vəkillərlə bağlı məsələdə problemlər var: “Azərbaycanda vəkillərin sayı Avropa ölkələri ilə müqayisədə xeyli azdır. Ancaq biz imtahan balını 60-dan 50-yə endirsək, sabah deyəcəklər ki, indi də 40 -a endirək. 60 balı toplamaq o qədər çətin deyil. Oturub oxumaq və məşğul olmaq lazımdır ki, imtahan verə biləsən. Çünki  gələcəkdə  müvəkkilinə keyfiyyətli hüquqi yardım etməlidir”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi