“Özümə yeni ad tapmışam, Ayan Dağlarqızı”

ozume-yeni-ad-tapmisam-ayan-daglarqizi
Oxunma sayı: 1574


“Qafqazinfo”nun məlumatına görə, sənətçi söz və musiqisi Tural Bayraməliyeva məxsus olan “Səndən sonra” mahnısını eksklüziv olaraq təqdim edib. İfaçı aparıcıların “Adını hara yazmısan? “İnstagram”da gül-çiçəkləri görürəm, üzün gülür, mənə heç bir gül verən olmayıb” sözlərinə münasibət bildirib:  

“Yeni ad? Qəlbimdədir. Özümə yeni ad tapmışam, Ayan Dağlarqızı.  Ürəyim gülür, niyə də gülməsin. Özünüz deyirsiz ki, gül sevmirsiz, yoxsa sizə gül də alacaqdım” cavabını verib. 

Qeyd edək ki, Ayan Babakişiyeva səsləndirdiyi mahnıya gələn həftə klip çəkiləcək. Mahnı və klip eyni vaxta təqdimata çıxarılacaq.