Park Bulvarda “Geniş ürəklər” adlı aksiya keçiriləcək

Park Bulvarda “Geniş ürəklər” adlı aksiya keçiriləcək
Oxunma sayı: 323

“Geniş ürəklər” adlı aksiya 31 May və 1, 3, 4 iyun tarixlərində Park Bulvar alış-veriş, istirahət və əyləncə mərkəzində keçiriləcək. Park Bulvardan “Qafqazinfo”ya verilən məlumata görə, aksiyaya 31 May saat 17:00-da start veriləcək. Aksiya ərəfəsində Bakının ən böyük əyləncə mərkəzi olan Park Bulvarda uşaqlar üçün maraqlı fəaliyyət təşkil olunacaq. Park Bulvarda təyin olunan tarixlərdə uşaqlar üçün əsl əyləncə şousu keçiriləcək. Hər mərtəbədə müxtəlif oyunlar, maraqlı auksionlar olacaq. Klonların iştirakı, nağıl qəhrəmanları ilə tanışlıq, uşaqların iştirakı ilə konsert proqramı həm balacaları, həm də böyüklərin təəccüb və marağına səbəb olacaq. Balacalar üçün müxtəlif rəsmlərin çəkilməsi və ya əvvəlcədən hazırlanmış naxışların rənglənməsi üçün şərait yaradılacaq. Bir sözlə “Geniş ürəklər” aksiyası uşaqlara rəngarəng həyat bəxş etmək üçün onları rənglər dünyası ilə baş-başa qoyacaq. Tədbirin xüsusi qonağı DJ. Pancho olacaq.

Aksiyaya qoşulmaq istəyənlər cəmi 2 AZN ödəməklə bu imkandan yararlana biləcəklər. Aksiyanın sonunda toplanmış məbləğ isə ürək qüsurlu uşaqların əməliyyatına sərf olunacaq.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi