Partiya sədri İndoneziyaya getdi

partiya-sedri-indoneziyaya-getdi
Oxunma sayı: 635

Bu barədə “”Qafqazinfo”ya bu gün İKT Pİ-də Azərbaycanı təmsil etmək üçün İndoneziyaya səfərə yollanan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. İKT Pİ Siyasi Komitəsinin üzvü olan S.Rüstəmxanlı 7-ci sessiyada mühüm məsələlərin müzakirə olunacağını bildirib: «Parlament İttifaqının tərkibinə daxil olan siyasi, iqtisadi, hüquq, insan haqları, ətraf mühit, sosial, mədəni və s. məsələlər üzrə ixtisaslaşmış komitələr İslam dünyasını narahat edən problemləri müzakirə edəcəklər. Siyasi Komitə Qüds və Fələstin, eləcə də Suriya və Liviyanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərə münasibət bildirəcək. Sudanın xarici müdaxilədən qorunması, Somalidəki vəziyyət, terrorizmə qarşı mübarizənin gücləndirilməsi, İslam ümmətini təhdid edən problemlərin qarşısını almaq məqsədilə həmrəylik və birliyin təşviqi, beynəlxalq maliyyə böhranının İslam ölkələrinə yayılmasına qarşı birgə mübarizə və bu məqsədlə ayrıca komitənin yaradılması da gündəmdədir».

S.Rüstəmxanlının sözlərinə görə, İslam və Qərb parlamentləri arasında dialoqun gücləndirilməsi yollarının da axtarılacağı sessiyada Dağlıq Qarabağ probleminə xüsusi diqqət ayrılacaq: «İslam Konfransı Təşkilatı Dağlıq Qarabağın işğalına həmişə həssaslıq nümayiş etdirib. Bu dəfə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağı işğal etməsi ilə bağlı qətnamə layihəsinin qəbul olunacağı gözlənilir».