Paşinyan Rusiya ilə bağlı planını açıqladı

pasinyan-rusiya-ile-bagli-planini-aciqladi
Oxunma sayı: 3569

“Rusiya və Ermənistan strateji tərəfdaş olaraq qalacaq”. 

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir postuna yeganə namizəd Nikol Paşinyan bu gün keçirilən Parlament iclasında deyib. O bildirib ki, baş nazir seçilsə, Rusiya ilə münasibətlərdə dəyişiklik olmayacaq: “Biz Rusiyanı strateji tərəfdaşımız hesab edirik. Bizim heç bir addımımız buna təhlükə yarada bilməz. Baş nazir seçiləcəyim halda da, Ermənistan Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalacaq”. 

Nuranə