Pentaqondan Ərdoğanın açıqlamasına reaksiya - “Əməliyyat qəbuledilməzdir”

pentaqondan-erdoganin-aciqlamasina-reaksiya
Oxunma sayı: 1980

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə günə Suriyada Fərat çayının şərqinə əməliyyata start veriləcəyini açıqlamasına reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, Penatqon həmin bölgəyə hər hansı bir hərbi müdaxilənin qəbuledilməz olduğunu açıqlayıb:

“Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı narahatlığına hörmət edirik. Lakin, Suriyanın şimali-şərqinə hərbi əməliyyat yolverilməzdir. Bölgədəki problemləri həll etmək üçün yeganə yol ABŞ və Türkiyə arasında danışıqlardır”.