Piyadanı vurub qaçan sürücü saxlanılıb

piyadani-vurub-qacan-surucu-saxlanilib
Oxunma sayı: 807

Sabunçu rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 14-də naməlum sürücünün idarə etdiyi “Hyundai” markalı 99-LX-652 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Mirzəyev Qənbər Əli oğlu vurulub.

Piyada aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin 1980-ci il təvəllüdlü Məmmədov Araz Qənimət oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd