Polisi küçədə sürüyən şəxs tapıldı

polisi-kucede-suruyen-sexs-tapildi
Oxunma sayı: 652

Prokurorluqdan verilən xəbərə görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilsə də, hal-hazırda istintaq tədbirləri davam etdiyindən onun adı açıqlanmır.

Xatırladaq ki, fevralın 22-də 11:20 radələrində Sumqayıt səhərində Mitsubishi Outlander markalı "90-BJ-935" dovlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospektində növbətçi mağazanın qarşısında Dövlət Yol Polisi müfəttişinin əlini avtomobilin pəncərəsininin arasında goyaraq onu camaatın gözü önündə 20-30 metr sürüyüb. Əlini pəncərədən zorla çıxardan polis əməkdaşı yolun hərəkət istiqamətində yerə yıxılıb, avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.

Qeyd edək ki, hadisə şahidlərinin dediklərinə görə, avtomobili idarə edən şəxs Dövlət Əmək Müfəttişliyinin əməkdaşı olub.