“Pub”da arvad ərini döydü- - Bakıda

pubda-arvad-erini-doydu-
Oxunma sayı: 3524


“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, Murtuza Muxtarov küçəsi 5 ünvanında yerləşən pubda 1985-ci il təvəllüdlü Abbasov Əlisa Bulud oğlu və xanımı, 1989-cu ildə anadan olmuş Cabbarova Aygün Seyran qızı dalaşıb. İlk olaraq polisə müraciət edən Ə.Abbasov həyat yoldaşının onu xuliqanlıq zəminində döyməsi və xəsarət yetirməsini deyib.

Daha sonra 9-cu Polis Bölməsinə gələn 26 yaşlı qadın da əri ilə eyni məzmunlu şikayət ərizəsi yazıb və həyat yoldaşının ona hücum etdiyini deyib.

Qeyd edək ki, tərəflərin heç biri tibb müəssisəsinə müraciət etməyib.