Pulu gecikdirən sığorta şirkəti faiz ödəyəcək

pulu-gecikdiren-sigorta-sirketi-faiz-odeyecek
Oxunma sayı: 901


“Qafqazinfo”avtosfer.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzası ilə təsdiq olunan dəyişikliyə əsasən, sığorta şirkəti sığorta hadisəsindən sonra lazımi sənədləri təqim etmiş şəxsə 7 iş günü müddətində sığorta haqqını ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyəcək. Dəbbə pulu cüzi (gecikdirilən məbləğ 1000 manat olarsa, onun üstünə hər gün üçün 1 manat əlavə olunacaq) olacaq.

Qeyd edək ki, bu yenilik avtomobillərin icbari sığortasına da aiddir.