Putin Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik etdi

putin-tehlukesizlik-surasinin-terkibinde-deyisiklik-etdi
Oxunma sayı: 1521

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının (TŞ) tərkibində dəyişiklik edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Sənədə əsasən, fövqəladə hallar naziri Yevgeniy Zinitsev Şurada təmsil olunacaq.

Keçmiş-fövqəladə hallar naziri Vladimir Puçkov və baş nazirin müavini Aleksey Qordeyev isə TŞ-nin tərkibindən çıxarılıb.