Qadın siyasətçinin 45 milyon avroluq brilyantı oğurlanıb

qadin-siyasetcinin-45-milyon-avroluq-brilyanti-ogurlanib
Oxunma sayı: 1210

Parisdə Qvineyanın Yaşıllar Partiyasından prezidentliyinə eks-namizəd Mari Madlen Diubatenin dəyəri 45 milyon avro olan brilyantı oğurlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qvineyalı qadın oteldə onun daşını qiymətləndirəcək iki nəfərlə görüşüb. Kişilər özlərini Rusiyadan olan qiymətli daşlar üzrə böyük mütəxəssis kimi təqdim ediblər. 

Saxta ekspertlər brilyantın 45 milyon avro dəyərində olduğunu bildirərək qadına sertifikat veriblər. Daha sonra siyasətçinin diqqətini yayındıraraq brilyantı saxtası ilə dəyişiblər. 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları müşahidə kameraları əsasında oğruların kimliyini müəyyən etməyə çalışır.

Qeyd edək ki, Qvineya dünyada əsas almaz istehsalçılarındandır.