“Qardaşım özünü öldürür ki, məni evləndir”

qardasim-ozunu-oldurur-ki-meni-evlendir
Oxunma sayı: 3669

“İnstaqramda paylaşılan gic-gic videolardan, informasiyalardan bezdim. “Rayonda filankəs arvadını başqasıyla tutdu” başlıqlı görüntüləri görmək istəmirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan “MTV Azərbaycan”a açıqlamasında bildirib. O, proqramda instaqram sosial şəbəkəsi ilə vidalaşma səbəbini açıqlayıb:

“Hamımızın səhvi var, görə-görə yaşayırıq. Biz incəsənət üzvləriyik, çimərlikdə fotolarımız da yayıla bilər. Bu, normaldır. Amma sadə camaatın ora-burasını görmək istəmədim. İnstaqramı sildim. İndi də təzə telefona yükləyə bilmirəm, aləmi bir-birinə qatmışam”. 

Həmçinin, Röya depressiyaya düşdüyü üçün sosial şəbəkədən getməsi barədə yayılan məlumatları təkzib edib: “Depressiyanın instaqrama nə aidiyyatı var? Adam sevgilisindən ayrılıb depressiyaya düşər. Onsuz instaqrama marağım az idi, şəkil çəkdirməkdən də xoşum gəlmir. Mən beləyəm”. 

Bundan əlavə, Əməkdar artist qardaşını evləndirməyə hazırlaşdığını söyləyib: “Qardaşlarım əsgərlikdən gəlib. Yəqin ki, birinin toyunu edərəm. Yaman evlənmək istəyir. Biri nişanlıdır, amma deyir ki, tezdir, evlənməyək. Amma bu biri özünü öldürür ki, məni evləndir”. 

Eyni zamanda sənətçi rayon toylarına yüksək qonorarla getdiyini də açıqlayıb: “Guya mən demişəm ki, rayon toylarına getmirəm. Hara gedirəmsə, hamı əyləşir, əl çalır.  Mən də lirika oxuyuram. Ondansa rayonlara konsertə gedim. Başqalarına elə yaxşı oynayırlar ki... Şəmkirlilər məni çox istəyir, anam oralıdır.  Haradan təklif gəlirsə, getmişik. Bir az deyirlər ki, qiymətimiz bahadır.  Qəşəng qız baha olar da...”