Qənirə Paşayeva Hayfada görüşlər keçirib – Fotolar

qenire-pasayeva-hayfada-gorusler-kecirib-fotolar
Oxunma sayı: 701

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili konfrans çərçivəsində Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili, Kamerunun Qadın və Ailələrin müdafiəsi naziri Abena Ondoa Nee Mari Terez, Efiopiyanın Ailə, Uşaq və Gənclər məsələləri naziri Zenebu Tadesse, Bolqarıstan parlamentinin deputatı Meqlena Pluqtsçieva-Aleksandrova ilə görüşüb. Q. Paşayeva onlara işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törədilən işgəncələr, 1 milyondan çox azərbaycanlının öz yurdlarında qaçqın və köçkün düşməsi barədə məlumat verib. Millət vəkili həmçinin Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun snayperlərlə hədəfə alınaraq qətlə yetirməsi barədə də ətraflı məlumatlar verib. O, onlara Azərbaycan həqiqətlərinə dair çoxlu sayda materiallar, kitablar və sənədli filmlər də təqdim edib.

Millət vəkili görüş zamanı onları Azərbaycana da dəvət edib. Qeyd edək ki, beynəlxalq konfrans 3 gün davam edəcək.

Fatimə Kərimli