Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib

Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib
Oxunma sayı: 1070

Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib.
 
“Qafqazino”nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.
 
Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda “İnzibati orqanların Təsnifatı”na daxil edilib.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən Qida Təhlükəsizliyi Agentliyinə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək vəzifəsi verilib. Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” qərarına da müvafiq dəyişiklik edilib


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi