Ramil Quliyevdən növbəti qızıl medal - Video

Ramil Quliyevdən növbəti qızıl medal
Oxunma sayı: 6936

Türkiyə millisində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev karyerasında daha bir medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı atlet atletizm üzrə Avropa Çempionatının finalında finişə hamıdan birinci çatıb.

R.Quliyev Berlində keçirilən yarışda 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstəricisi ilə qızıl medala sahib olub.

Qeyd edək ki, R.Quliyev bu il Aralıq dənizi oyunlarında və “Brilyant Liqa” yarışlarında da birinci olmuşdu. Ötən il isə dünya çempionatında qızıl medal qazanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi