Rusiyada qəzada ölənlərdən biri deputat olub

rusiyada-qezada-olenlerden-biri-deputat-olub
Oxunma sayı: 1382

Rusiyada təyyarə qəzasında ölən 71 nəfərdən biri Krasnoyarsk vilayəti Norilsk şəhərinin deputatı olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Sergey Pançenko 2017-ci ildən şəhər şurasının deputatı seçilib. Evlidir, iki uşağı olduğu bildirilir. 

Qeyd edək ki, Moskvadan Orska yola düşən An-148 təyyarəsi fevralın 11-də qəzaya uğrayıb. Göyərtədə olan 65 sərnişin və 6 ekipaj üzvünün hamısı ölüb. 

Artıq faktla bağlı cinayət işi açılıb. Ölənlərin yaxınlarına isə 2 milyon rubl kompensasiya veriləcək.